Güllə atıcılarımız Almaniyada növbəti medalları qazanıblar

27.01.2025

Cbcsport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən "2025 H&N" Kubokunda daha bir medal qazanıb.

O, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada (start-2) gümüş mükafat əldə edib.

Kalmıkov 236.0 xalla ikinci olub. O, Vladislav Kalmıkov daha əvvəl bürünc mükafat da qazanıb.

Leyli Əliyeva isə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xal toplayaraq bürünc medala sahib çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью