Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinə start verilib

23.04.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün güllə atıcılığı üzrə ölkə birinciliyinə start verilib.

İdman.biz xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda müxtəlif yaş kateqoriyalarında çıxış edən idmançılar tapança və tüfəng növləri üzrə bacarıqlarını nümayiş etdirirlər.

Birinciliyin keçirilməsində əsas məqsəd gənc atıcıların potensialını üzə çıxarmaq, onların beynəlxalq turnirlərə hazırlıq səviyyəsini artırmaq və ölkədə güllə atıcılığına olan marağı genişləndirməkdir.

Aprelin 26-dək davam edəcək yarışın sonunda ən yüksək nəticə göstərən idmançılar diplom və medallarla təltif olunacaqlar.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью