Güllə atıcımız beynəlxalq turnirdə bürünc medal qazandı Yeni Çağ Media

25.01.2025

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən “2025 H&N” Kubokunda bürünc medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasından Yenicag.az-a verilən məlumata görə, təmsilçimiz oğlanlar arasında pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışında 217.1 xal toplayaraq bürünc medal əldə edib.

Qeyd edək ki, turnirə yanvarın 26-da yekun vurulacaq.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью