Güllələnmiş atanın oğlu Çingiz Aytmatovun şəcərəsi, ailəsi, sevdiyi qadınlar... MARAQLI | …
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Noyabrın 5-də Qırğızıstanda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyinə baş çəkib.Bu muzey paytaxt Bişkek yaxınlığındakı “Ala-Arça” dövlət iqamətgahında - 1986-cı ildən yazıçının ömrünün son 20 ilini yaşadığı evdə yerləşir.
Qırğız xalqının böyük oğlunun vəfatından sonra həyat yoldaşı Mariya Aytmatova və oğlu Eldar ailəsi ilə burada yaşayıblar.Ev-muzeyi Çingiz Aytmatovun həyat yoldaşı Mariya Urmatovna, övladları Eldar və Şirinin təşəbbüsü ilə 2014-cü il dekabrın 12-də açılıb.
Çingiz Aytmatovun kiçik oğlu Eldar yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb.
Ev-muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır.
İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir. Evin ikinci hissəsində Eldar Aytmatov və ailəsi yaşayır.
Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir.
Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.
Tam oxu
Xəbəri oxu