“Güller ve Günahlar”da yeni sima

28.08.2026

Icma.az, Olay.az portalına istinadən məlumat yayır.

Baş rollarını Murat Yıldırım və Cemre Bayselin paylaşdığı türk istehsalı “Güller ve Günahlar” serial sentyabrın 12-də ikinci mövsümünə başlayır.

OLAY yazır ki, aktrisa Ebru Şam “Güller ve Günahlar” serialı ilə razılıq əldə edib.

Ötən mövsüm “Sahtekarlar” serialında prokuror rolunda tamaşaçı qarşısına çıxan Ebru Şam bu mövsüm “Güller ve Günahlar”da “Sonay” adlı vəkil obrazını canlandıracaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью