Icma.az, Axsham.az saytına istinadən bildirir.
Türkiyəli müğənni Güllü (Gül Tut) Yalovadakı evinin pəncərəsindən yıxılaraq ölməsi ilə bağlı istintaqda yeni detal ortaya çıxıb.
Axşam.az xəbər verir ki, “Milliyet”in məlumatına görə, hadisənin baş verdiyi ərazidə təhlükəsizlik kamerasının görmədiyi hissə də araşdırılıb.
Mütəxəssislərin evdəki metal qapı dəstəyinin əksindən istifadə edərək görüntüləri təhlil etdiyi bildirilib. Metal səthdəki əks və kölgə dəyişiklikləri vasitəsilə evin içində baş verən bəzi hərəkətlərin müəyyənləşdirildiyi qeyd olunub.
Keçmiş cinayət polisi Savaş Kurtbaba bildirib ki, Güllünün yıxılma səsindən sonra evin içində təxminən 7 saniyə ərzində hərəkət müşahidə olunub. Onun sözlərinə görə, bu detal istintaq baxımından diqqətçəkən məqamlardan biridir.
Qeyd edək ki, hadisənin tək canlı şahidi olan Sultan Nur Ulu əvvəlcə Gül Tutun sərxoş olduğu üçün pəncərədən yıxıldığını deyib. Daha sonra isə ifadəsini dəyişərək Güllünün qızı Tuğyan Ülkəm Gülter tərəfindən pəncərədən atıldığını etiraf edib.
Hazırda Tuğyan Ülkəm Gülter anasına qarşı qəsdən adam öldürməkdə ittiham olunur. Onun barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edilir.