Güllünün ölümü ilə bağlı yeni tələb: Telefon danışıqları araşdırılacaq

15.11.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı məhkəmə prosesində yeni tələb irəli sürülüb.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, müğənninin bacısı Kader Tutun vəkilləri hadisə gecəsi evdə olan şəxslərin telefonlarının daraldılmış baza stansiyası (HTS) analizinin aparılmasını istəyiblər.

Vəkillər telefonların baza məlumatlarının ətraflı araşdırılmasını, hadisə zamanı üçüncü şəxslərin səsli və ya görüntülü zəng vasitəsilə evdəki şəxslərlə əlaqə saxlayıb-saxlamadığının müəyyən edilməsini tələb ediblər. Online alış-veriş

Qeyd edək ki, əsl adı Gül Tut olan müğənni 2025-ci il sentyabrın 26-da Yalovanın Çınarcık rayonunda yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq həyatını itirib.

Hadisə ilə bağlı başladılan istintaq çərçivəsində müğənninin qızı Tuğyan Ülkem Gülter və hadisə zamanı yanında olan rəfiqəsi Sultan Nur Ulu saxlanılıb. Gülter anasını qəsdən öldürməkdə ittiham olunaraq həbs edilib, Ulu barəsində isə ev dustaqlığı qərarı verilib.

İttiham aktında Gülterin anasını pəncərədən aşağı itələdiyi iddia olunub. Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsi 9 oktyabr 2026-cı ildə Gülteri yuxarı nəslə qarşı qəsdən adam öldürmə cinayətinə görə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib.

Bundan başqa, evdəki təhlükəsizlik kameralarının görüntüləri üzrə aparılan iki ayrı səs analizində diqqətçəkən ifadələr aşkarlanıb. Sultan Nur Uluya aid edildiyi bildirilən səslərdə “At”, “Məni izləyir, məni izləyir”, Tuğyan Ülkem Gülterə aid edilən danışıqda isə “Pəncərədən atla” ifadələrinin yer aldığı bildirilib.

Səs yazılarında kişi səsinin də eşidildiyi, həmin səsin Tuğyanın keçmiş sevgilisi Kervan Eminoğluna məxsus ola biləcəyi iddia edilib. Bu məlumatlardan sonra Güllünün oğlu Tuğberk Yağız Gülterin vəkilləri Sultan Nur Ulu və Kervan Eminoğlu barəsində də prokurorluğa cinayət işi üzrə şikayət ərizəsi təqdim ediblər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью