Gülməli, bəlkə də ağlamalı vəziyyətdir DİM sədri

06.05.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzən təəssüf ki, abituriyentlər ixtisas seçimində öz maraq və qabiliyyətlərini deyil, başqalarının təsiri ilə dəbdə olan ixtisasları seçirlər. 

"Yeni Sabah" xəbər verir ki, bunu "ASAN Radio"ya açıqlamasında DİM sədri  Məleykə Abbaszadə deyib. 

O bildirib: "Gülməli, bəlkə də ağlamalı vəziyyətdir ki, riyaziyyat üzrə ilkin imtahanda aşağı nəticə göstərənlər belə birinci ixtisas qrupunu seçirlər. Çox güman ki, bunun səbəbi həmin qrupda plan yerlərinin çox olması və qəbul ehtimalının daha yüksək görünməsidir. Pepperoni pizza

Lakin ixtisas seçimi zamanı yalnız bugünkü vəziyyəti deyil, əmək bazarının 4-5 ildən sonrakı perspektivini də nəzərə almaq vacibdir. Əmək bazarı sürətlə dəyişir və yaxın gələcəkdə bəzi sahələrdə insan əməyini süni intellekt əvəz edəcək".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью