Gülməli qayda pozuntusu: 10 metrə görə 100 manat 3 bal cərimə VİDEO

21.04.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkənin əsas rayonlararası yolunda sürücülərin manevr qaydalarını pozması digər hərəkət iştirakçılarına çətinlik yaradıb.

Avtosfer.az xəbər verir ki, Bakı-Qəbələ yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində “VAZ” markalı, 44-CD-632 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yük daşıdığı üçün digər avtomobillərə keçmək üçün şərait yaradıb. Buna baxmayaraq bəzi sürücülər qaydalara riayət etməyiblər. 90-GN-580 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü ötmə əməliyyatını qaydaları pozaraq yerinə yetirib. O, "Yol hərəkəti haqqında" qanunun 51-ci maddəsinin tələbini pozub və tam olaraq əks istiqamətə çıxmadan İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat 3 ballıq qayda pozub. Maraqlısı odur ki, 1.1 nişanlama xəttinin tələbini pozan hər iki sürücü bir neçə metr səbrli olsa, qırıq-qırıq xətdən ötmə əməliyyatını rahatlıqla, qayda pozmadan həyata keçirə bilərdilər.
100 manat və 3 bal cərimə olunurlar.

Fidan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью