Gültəkin Hacıbəyli İstanbul Hava Limanına gətirildi

30.11.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Türkiyədə saxlanılan sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Azərbaycana qaytarılır.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Gültəkin Hacıbəyli hazırda İstanbul Hava Limanında aidiyyəti qurumun nəzarət məntəqəsində saxlanılır. Onun bu gün Azərbaycana deport ediləcəyi bildirilir.

Xatırladaq ki, Gültəkin Hacıbəyli ötən gün axşam saatlarında evinə Türkiyə polisinin gəldiyini və onu bölməyə apardığını açıqlamışdı. Sabiq deputatın AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin Ramiz Mehdiyevin işi ilə bağlı dindiril­diyi qeyd olunur.

Gültəkin Hacıbəyli ittihamları qəbul etmir və onları əsassız adlandırır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью