Gülüş ustası Deniz Göktaşın cəzası bəlli oldu 9 il 8 ay

04.09.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, ittiham aktında Dəniz Göktaşın "Ölü dəniz" adlı verilişin məzmununda verdiyi ifadələrə görə "Prezidenti təhqir etmək", "ictimaiyyət arasında nifrət və düşmənçiliyi qızışdırmaq" və "cinayəti və cinayətkarları tərifləmək" cinayətlərinə görə 2 il 2 aydan 9 il 8 aya qədər həbs cəzasına məhkum edilməsi tələb olunub. Hazırlanmış ittihamnamə qiymətləndirilməsi üçün İstanbul 14-cü Birinci Əslə Cinayət Məhkəməsinə göndərilib.

İttihamnamədə həmçinin İstanbul Baş Prokurorluğunun 500-dən çox CİMER (Prezident Ünsiyyət Mərkəzi) müraciəti aldığı və şikayət məktublarını nəzərə alaraq şübhəlinin ifadələrinin cəmiyyətin geniş təbəqələri arasında qəzəbə səbəb ola biləcəyi, ictimai təhlükəsizliyə açıq və mövcud təhlükənin ortaya çıxdığı və şübhəlinin "mətbuat və yayım vasitəsilə nifrət və düşmənçiliyi açıqcasına təhrik etmək" cinayətini törətdiyi bildirilib. 

Mürtəza
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью