Gülüşə hopmuş təbriklərin müəllifi | Icma.az
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yeni ilin ilk ayında 75 yaşı tamam olacaq tanınmış satirik Xeyrəddin Qoca uzun illərdən bəri idi ki, “Xalq qəzeti”nin oxucularını Yeni ildə gülüş sovqatı ilə təbrik edirdi.
Bu il yazıçı-publisistlə razılaşdıq ki, onun bu çoxillik təbrik ənənəsini Xeyrəddin Qoca gülüşü barədə yazı ilə davam etdirək.
Yazıçı öncəgörməsi, yaxud 2020-ci il Xeyrəddin Qocanın 1998-ci ildə çap etdirdiyi “Hərə öz payını götürsün” adlı kitabı onun Yeni il arzuları ilə açılırdı.
“Marallar” qalereyasının müəllifi hələ 22 il əvvəl ilin ulduz falını belə incələyirdi: “Bu il hərə öz yerini biləcək...
Yəni siyasətçi siyasətlə məşğul olacaq, qəzetçi yazısını yazıb qəzetini buraxacaq. Hamı öz halal maaşı ilə dolanacaq.
Kasıbçılığın daşı atılacaq... Nazirlər həmişəki kimi hazıra nazir olmayacaqlar!”.
Yazıçının qəlb ağrısına dönən çeşidli problemlərin qətiyyətlə dəf edilməsi prosesi 2020-ci ilin payına düşdü.
Tam oxu
Xəbəri oxu