Gülüstan Əliyeva 8 illik fasilədən sonra qayıdır

23.10.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən “Leyli” obrazında səhnəyə çıxacaq.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:

"Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun" tamaşasında oynayacağam. Tamaşa yeni quruluşda səhnəyə qoyulub. Noyabrın 14-də səhnəyə çıxacağam. Tərəf müqabilim isə Əməkdar artist Elnur Zeynalov olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью