Gülüstan Əliyeva: Mən hansısa kabinetdə oxumamışam... VİDEO

27.10.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gülüstan Əliyeva həyatının ağrılı məqamından danışıb.

“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist “Sevilən səhər” verilişində yüksət rütbəli məmurun sənətə laqeyd münasibətini göz yaşları ilə çatdırıb:

“Bütün həyatımı bu sənətə həsr etmişəm. Mənə deyir: “Nə olsun?! İşləmisiniz, maaş almısınız, ailənizi dolandırmısınız”. Açığı, ona nə cavab verəcəyimi bilmədim. Qeyri-ixtiyari gözlərimdən yaş axdı. Düşündüm ki, İlahi, bu sənətə beləmi qiymət verilir?! Yüksək vəzifəli dövlət məmuru mənə necə belə sözlər deyə bilər?! Axı mən hansısa kabinetdə, heç kimin görmədiyi bir işlə məşğul olan insan deyiləm. Mən sadəcə müəllim və ya başqa sahənin nümayəndəsi deyiləm. İllərdir sənətim göz önündədir. Bu sənətdə böyümüş, inkişaf etmiş və ona sevə-sevə xidmət etmişəm. Marqarita pizza

Bu sözlər məni dərindən yaraladı. Hər şeyə baxmayaraq, biz, sənət adamları sənətimizin yanındayıq, ona xidmət etməyə davam edirik. Yorulmadan, dayanmadan, sevə-sevə sənətimizi yaşadırıq. Əlbəttə, bu yolda çoxlu qurbanlar vermişik”.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью