Gülüstan Əliyevadan maraqlı layihə Video

18.09.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Əməkdar artist Gülüstan Əliyeva "Əsr Türkün əsridir" adlı türkçülüyə həsr olunan yeni layihəsini təqdim edib.

Axşam.az xəbər verir ki, mahnıda türk xalqlarının birliyi, tarixi və mədəni bağlılığı tərənnüm olunub. Mahnının bəndlərini müğənni qazax, qırğız, türkmən və özbək dillərində oxuyub və xalqların qəhrəmanlarının adları çəkilib.

Mahnının sözləri professor Mahirə Nağıqızına, musiqisi ETNO CLASS musiqi qrupuna məxsudur. Lahiyədə Orxon Yenisey əlifbasından istifadə edilərək, Azərbaycan təkəlduz sənətinə məxsus xüsusi geyimlər hazırlanıb. Türk xalqlarına məxsus qədim alətlərdən, şamanizmi əks etdirən qavaldan istifadə olunub.

Ekran işi “AS Production” tərəfindən Şuşa, Laçın və Qubada çəkilib. Lahiyə rəhbəri telejurnalist Səidə İbrahimli, rejissor isə Faiq Əliyevdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью