Gülxanım Şirinova bürünc medalı qaçırdı

31.07.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın qadın güləşçisi Gülxanım Şirinova Bakıda təşkil olunan U-17 dünya çempionatında medalın bir addımlığında uduzub.

Futbolpress.az xəbər verir ki, 40 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz təsəlliverici görüşdə monqolustanlı rəqibi Azzaya Battulqaya heç bir şans verməyib (10:0).

Bürünc medal uğrunda həlledici matçda Türkiyə təmsilçisi Şirin Askarla üz-üzə gələn Şirinova 4:12 hesabı ilə məğlub olaraq yarışı 5-ci sırada tamamlayıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın idmançı mübarizə aparır. Azərbaycan turnirdə 29 güləşçi ilə təmsil olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью