Gülyaz və Gülyanağa xarici ölkədə EV BAĞIŞLADILAR

17.11.2024

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın və Özbəkistanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına Daşkənd şəhərində ev hədiyyə olunub.

News24.az xəbər verir ki, bu haqda Zaur Baxşəliyev aparıcısı olduğu “Zaurla Günaydın” verilişində məlumat verib.

Zaur proqramında qonaq olan Gülyaza “Sizi təbrik edirik. Əvvəl bacınız Gülyanağa indi isə sizə Daşkənddə ev hədiyyə olunub. Siz axı hər ikiniz Özbəkistanın “Xalq artisti” fəxri adını daşıyırsınız” sözlərini deyib.

Məmmədova “Siz haradan bunu bildiniz? Özüm buna təəccübləndim” gülərək bu məsələyə şərh bildirib. (OLAY)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью