Gülzar Qurbanova virusa yoluxub

10.01.2025

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əməkdar artist Gülzar Qurbanovanın səhhətində problem yaranıb.

Axşam.az xəbər verir ki, aktrisa bu haqda özü məlumat yayıb. Qurbanova bildirib ki, tamaşaya hazırlaşdığı ərəfədə virusa yoluxub:

"Bazar günü "21:15 qatarı" tamaşasıdır. Mən də virusa yoluxdum, özünüzü qoruyun. 2 gündür mübarizə apara-apara fikirləşirəm ki, bəlkə 21.15 qatarını gözləməyi dayandırıb, həyatdan həzz alaraq onun axınına icazə versəm, gözlənilməz bir anda o qatara yetişə bilərəm. Kim bilir, bəlkə heç gözləmədiyim anda yaxşı şeylər gələ bilər... Bəlkə də... Buna görə də dərindən nəfəs alın, inanın yaxşı şeylər öz vaxtında - çox vaxt özümüzlə harmoniyada olduğumuz zaman gəlir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью