Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Merin həbsindən sonra keçmiş oliqarxiya rejiminə bağlı fiqurların cinayət əməlləri də ifşa olunur Ermənistanda siyasi gündəm bir daha qalmaqallı hadisələrlə silkələnir.
Keçmişin qalığı olan bəzi mafioz-odioz fiqurların siyasi səhnəyə qayıtmaq cəhdləri ölkədə sabitliyin pozulması təhlükəsini artırır.
Hakimiyyətlə müxalifət arasında uzun müddətdir davam edən gərginlik artıq fərdi qarşıdurmalar səviyyəsinə enib.
Maraqlıdır ki, bu qarşıdurmada şəxsi ambisiyalar onların hər zaman ağızdolusu danışdıqları erməni xalqının və dövlətinin milli maraqlarını kölgədə qoyur.
Son aylarda Ermənistanda yaranan siyasi mənzərə göstərir ki, bəzi dairələr üçün dövlət idarəçiliyi deyil, hakimiyyət uğrunda şəxsi savaş prioritetə çevrilib.
İctimai rəydə etimadın azaldığı, sosial narazılığın artdığı bir vaxtda bəzi müxalif siyasətçilər bu vəziyyətdən siyasi fürsət kimi istifadə etməyə cəhd göstərirlər.
1988-ci ildən başlayaraq 2018-ci ilədək ölkəni çapıb-talayan tanış adlar yenidən siyasi səhnədə görünməyə başlayıblar.