Gümrüdə xaos Ermənistan İki rus hərbçisi həbs etdi!

09.11.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının iki hərbçisi Ukrayna vətəndaşını döyməkdə ittiham olunaraq həbs edilib.

Turkustan.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

Məlumata görə, hadisə təxminən bir ay əvvəl Gümrünün Ani məhəlləsində baş verib. Rusiya hərbçilərinin hücumuna məruz qaldığı bildirilən şəxs Ukrayna vətəndaşı Dmitri Samuyelenkodur.

Zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edərək iki rusiyalı hərbçinin onu döydüyünü bildirib.

Ermənistan İstintaq Komitəsi bir qrup şəxs tərəfindən fiziki zorakılıq tətbiq edilməsi maddəsi ilə cinayət işi başladıb və məhkəmə-tibbi ekspertiza təyin edib.

İstintaq çərçivəsində Rusiya hərbi bazasının iki hərbçisi sağlamlığa yüngül zərər vurmaq ittihamı ilə həbs olunub. Onlar hazırda Ermənistandakı penitensiar müəssisədə saxlanılır.

Rusiyalı hərbçilərin Ukrayna vətəndaşına hansı səbəbdən hücum etdiyi hələlik məlum deyil. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью