Gümrünün meri həbs edilib

20.10.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gümrünün meri Vardan Qukasyan həbs edilib.

APA xəbər verir ki, bu barəəd “ABC Media” merin köməkçisinə istinadən məlumat yayıb.

Qukasyanın köməkçisinin bildirdiyinə görə, bələdiyyə binasına 60-70 nəfər daxil olub, meri saxlayıblar. Onun sözlərinə görə, meriyada hazırda Ermənistan polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə baş idarəsinin əməkdaşları var.

Daha əvvəl müxalifətçi mer Vardan Qukasyanın oğlu Spartaka qarşı “hədə-qorxu ilə pul tələb etmə və icma əmlakını mənimsəmə” ittihamları ilə cinayət işi açılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью