Gümrünün yeni meri idarəçiliyin Rusiyaya verilməsinin TƏRƏFDARIDIR

16.04.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gümrü şəhərinə yeni mer seçilən Vardan Qukasyan Ermənistanın Rusiyaya tabe olan dövlət qurulması mövqeyindən çıxış edir.

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə o, seçildikdən sonra meriyada keçirilən brifinq zamanı deyib.

"Bəli, mən Belarus nümunəsi kimi, İttifaq dövlətinin tərəfdarıyam", - deyə Vardan Qukasyan bildirib.

O bəyan edib ki, tamamilə ermənipərəst siyasətçidir, ölkənin və xalqının tarixini də yaxşı bilir.

Mer əlavə edib ki, Ermənistan dövlətinin sükanı arxasında "cəsarətli liderləri, Rusiya Federasiyası ilə səmərəli danışıqlar aparmağa qadir olan insanları" görmək istəyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью