Gümüş Avropa Liqası: Azərbaycan millisi növbəti matçına çıxır

20.06.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasında bu gün növbəti matçını keçirəcək.

Fanat.Az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Farer adaları ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan yığmasını isə 3:0 hesabı ilə üstələyib. Gümüş Avropa Liqasının III turu Farer adalarında təşkil olunub. Azərbaycan millisi növbəti matçını sabah Avstriyaya qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью