Gümüş rekorddan doymur

13.01.2026

Marja.az saytına istinadən Icma.az xəbər verir.

Gümüş qiymətlərində baş verən kəskin yüksəliş və artan dəyişkənlik (volatillik) bazar tənzimləyicilərini radikal tədbirlər görməyə vadar edərkən; iri banklardan gümüşün qiyməti üçün “üç rəqəmli” proqnozlar gəlməyə başlayıb.

Marja xəbər verir ki, gümüşün unsiyasının qiyməti 87,15 dollarla rekord səviyyəni test edib.

Analiz qurumları “nadir” bir dövrün başlanğıcına işarə edirlər.

Qiymətlərdəki həddindən artıq dalğalanma səbəbindən dünyanın ən böyük fyuçers bazası operatoru CME Group, qızıl, gümüş, platin və paladyum fyuçersləri üçün təminat (marja -  ticarətdə bir əməliyyatı təmin etmək üçün tələb olunan pul məbləğidir, yəni bir depozit və ya təmant) müəyyənləşdirmə metodunu dəyişdirmək qərarına gəlib. Çərşənbə axşamı günü bağlanışdan etibarən qüvvəyə minəcək yeni qaydaya görə, marjalar artıq sabit bir dollar məbləği yerinə, müqavilənin ümumi nominal dəyərinin müəyyən faizi əsasında hesablanacaq. Bu addım, yüksək dəyişkənlik dövrlərində bazar riskini daha dinamik idarə etməyi hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью