Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Gümüşün qiyməti bütün dövrlər üçün ən yüksək həddinə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, gümüşün qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 50 dolları keçib.
Bakı vaxtı ilə saat 3:00-a olan məlumata görə, gümüşün qiyməti 4,77% artaraq 1 troy unsiyası üçün 51,05 dollar olub.
Bakı vaxtı ilə saat 3:42-yə olan məlumata görə, gümüşün qiymətinin artımını sürətləndirərək, 1 troy unsiyası üçün 51,44 dollar (4,64%) təşkil edib.