Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
2026-cı ilin mart ayında təhvil veriləcək gümüş fyuçersinin qiyməti Nyu-York "Comex" birjasında tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 96 ABŞ dollarını ötüb.
"Ölkə.az" xəbər verir ki, bunu ticarət məlumatları təsdiq edir.
Bakı vaxtı ilə saat 20:51-ə olan məlumata əsasən, qiymətli metalın dəyəri 3,73 % artaraq bir troya unsiyası üçün 96,09 ABŞ dollarına çatıb.
Saat 21:00-da gümüşün qiyməti artım tempini zəiflədərək 95,86 ABŞ dollarına (+3,48 %) düşüb.
Qızıl fyuçersi isə "Comex" birjasında 0,88 % artaraq bir troya unsiyası üçün 4 879,9 ABŞ dollarına yüksəlib.
2026-cı ilin yanvar ayının əvvəlindən bəri gümüş fyuçersi 35,5 % bahalaşıb.