Gümüşün qiyməti yüksəldi

25.09.2025

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayı üçün gümüş füçerslərinin qiyməti 2011-ci il mayın 3-dən bəri ilk dəfə bir trua unsiyası üçün 45 dollardan yuxarı qalxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ticarət platformasının məlumatında bildirilir.

Bakı vaxtı ilə saat 12:07-yə olan məlumata görə, gümüşün qiyməti 1.68% artaraq bir trua unsiyası üçün 45.01 dollar təşkil edib. Bakı vaxtı ilə saat 12:13-də gümüşün qiyməti bir unsiya üçün 45.09 dollara (+1.86%) yüksəlib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью