Gün ərzində qeydə alınan 38 cinayətin açılması təmin olunub

06.12.2024

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 5-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Məlumatı DİN mətbuat xidməti verib.

Axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 83 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

P.ƏMİRCANOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью