“Gün kamera tərəfə düşəndə istənilən halda belə problemlər yaranır”

14.11.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Misli premyer-liqasının 10-cu turunun ötən həftəsonu keçirilən oyunları çəkilişin səviyyəsinə görə xeyli tənqid olundu.

Belə ki, Şamaxıda keçirilən “Karvan-Yevlax” - “Zirə”, Tovuzda keçirilən “Turan Tovuz” - “Şamaxı” oyununda meydanda yaşananları sezmək çətin idi.
Bunun səbəbini öyrənmək üçün yayınçı şirkətin - “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. Həmkarımız isə keyfiyyətin aşağı olmasının səbəbi kimi günü göstərdi:

“Əsas səbəblər stadion və oyunun vaxtı idi. Gün kamera tərəfə düşəndə istənilən halda belə problemlər yaranır”.

MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью