Günah 100 faiz Olisenin özündədir Kompani

14.10.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bavariya" UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunda səfərdə Norveçin "Vikinq" klubu ilə 3:3 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu matçın 73-cü dəqiqəsində topu rəqibin üzünə vurduğu üçün qırmızı vərəqə ilə meydandan qovulub. Baş məşqçi Vensan Kompani fransalı vingerin səhvini başa düşdüyünü bildirib:

"Olise səhv etdiyini anlayır. Aydındır ki, o, baş verənlərə görə peşmandır və komandanı yarıyolda qoyduğu üçün özünü qınayır. Bu, tamamilə təbiidir. Belə hallar bəzən baş verir. Nə final, nə də yarımfinal oyunu idi. Amma belə anlar mövsümə həlledici təsir göstərə bilər. Maykla dedim ki, rəqib hiyləgərliklə ondan üstün oldu. Rəqibdən xeyli güclü olduğun zaman, bəzən lazımsız vəziyyətlərə cəlb olunmaqdansa, sadəcə öz oyununu oynamağa və daha yaxşı komanda olmağa diqqət yetirməlisən.

İndi bunu dəyişə bilmərik. Ümid edirəm ki, zaman keçdikcə buna bir dərs kimi baxacağıq. Maykl elə bir oyunçudur ki, rəqiblər həmişə onu təhrik etməyə çalışacaqlar. Lakin bu, heç bir bəraət qazandırmır. Günah 100 faiz onun özündədir. O da bunu anlayır".

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью