Avtosfer saytına istinadən Icma.az xəbər verir. Bəzən yüksək sürət, bəzən isə piyadaların diqqətsizliyi ağır nəticələrə gətirib çıxarır.
Ümumiyyətlə, piyadaların vurulması ilə nəticələnən qəzalar həmişə mübahisə mövzusu olub.
Çünki insan ölümü baş verdiyi üçün bəzən günahsız olduğu halda belə sürücü məsuliyyətə cəlb oluna bilir.
Bəs hansı halda sürücü piyadanı vurarsa məsuliyyət daşımır? Avtosfer.az-ın suallarını cavablandıran hüquqşünas Ramil Süleymanov bildirib ki,
Hansısa yol-nəqliyyat hadisəsi baş verdiyi zaman bununla bağlı polis tərəfindən ilkin araşdırma başladılır.
Yalnız bundan sonra xəsarətə uyğun olaraq bununla bağlı inzibati və ya cinayət əməlinin törədib-törətməməsi məlum olur.
Əgər törədilmiş əməldə cinayət tərkibi varsa, zərərçəkən şəxsin sağlığına ağır xəsarət yetirilibsə və ya onun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş veribsə, bununla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsinə uyğun olaraq cinayət işi başlanılır.
Hər bir iş fərdi xüsusiyyətlərə malikdir. Məsələn, gündüz vaxtı yolun ortasında gedən piyadanı “zebradan” keçmədi deyə vurmaq birbaşa qəsd h