Günahı ABŞ da axtarmayın, bizdədir... Pezeşkian

02.01.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İctimai narazılığı aradan qaldırmaq üçün hökumət effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli, iqtisadi və sosial problemlərə praktik həllər tapmalıdır.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ölkədəki keçirilən etiraz aksiyaları barədə danışarkən deyib.

“Əgər insanlar narazıdırsa, bu, bizim günahımızdır. Günahı ABŞ-da və ya başqa yerdə axtarmayın. Məsuliyyət bizim üzərimizdədir", - Pezeşkian vurğulayıb.

Qeyd edək ki, İranda dərinləşən iqtisadi böhran fonunda kütləvi etiraz aksiyaları davam edir. Aksiya zamanı ölənlər və yaralananların olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью