Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Beynəlxalq oyunlarında ilk təcrübəm istədiyimiz kimi keçmədi. Futbolçular və məşqçilər heyəti əlindən gələn hər şeyi etdi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri milli komandamızın köməkçi məşqçisi Rəşad Eyyubov sosial şəbəkə hesabında yazıb. O, daha sonra belə davam edib:
“İndi yüksək sözlər və ya gözəl sitatların zamanı deyil. Günahkar axtarmağa ehtiyac yoxdur. Hər birimiz məsuliyyət daşıyırıq və bu vəziyyəti birlikd düzəldə biləcəyimizə inanıram”.