Günahkar Azərbaycan yox, bizik Pezeşkian

31.07.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan bizim xalqımızdır, doğmalarımızdır!"

"Unikal" xəbər verir ki, bu fikri İran prezidenti Məsud Pezeşkian deyib. 

O, Zəncan vilayətinə səfəri zamanı Azərbaycan Respublikasına qarşı keçmiş yanaşmaları tənqid edib və vurğulayıb ki, Tehran bu ölkə ilə dostluq əlaqələrinin qurulmasında liderlik etməlidir: "Bəziləri Azərbaycanın İranın düşməni olduğunu deyirdilər, amma bu belə deyil, Azərbaycan bizim qohumumuzdur.

Necə olur ki, İsrail Azərbaycanla münasibət qura bilir, amma biz edə bilmirik? Görməliyik ki, problem haradadır ki, sərhədin o tayındakı qardaş və bacılarımızla sağlam və mehriban münasibətlər qura bilməmişik. Günahkar Azərbaycan yox, bizik".

Ağarza Elçinoğlu



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью