“Günahkar mənəm...” Fernandu Santuş | Icma.az
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə İsveç yığmasına qarşı son matçına çıxıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 0:6 hesabı ilə məğlub olan Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun oyundan sonra mətbuat konfransı keçirilib.
Portuqaliyalı çalışdırıcı məsuliyyəti öz üzərinə götürdüyünü bildirib: "Bizim düzgün yolumuz bu deyil.
Bu günə qədərki oyunlarda deyirdim ki, düzgün yoldayıq. Amma bu oyunla bunu təsdiqləyə bilmərəm.
Buna görə də məsuliyyəti öz üzərimə götürürəm. Yaxşı hazırlaşmışdıq. Rəqibi analiz edəndən sonra seçilmiş strategiya idi.
Oyuna yaxşı başlamadıq. Erkən qollar buraxdıq və sonradan geri dönüş edə bilmədik, məğlub olduq.
Yenə deyirəm başverənlərdə günahkar mənəm və məsuliyyəti öz üzərimə götürürəm. Mən danışmaq üçün nəsə demirəm. Bu, həyatım boyu belə olub.
Tam oxu
Xəbəri oxu