Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçilib.
Bu haqda “Qafqazinfo”ya Partiyanın sədri Fəzail Ağamalı məlumat verib.
“Bu gün Ana Vətən Partiyasının qurultayı keçirilib. Əksər təşkilatlar-Sumqayıt, Abşeron və digər rayon təşkilatlarından nümayəndələr iştirak etdi. Qurultay qanuni olaraq başa çatdı. Yekunda millət vəkili Günay Ağamalı yeni sədr seçildi. Elçin Ağamalıya gəlincə o, nəticəni qəbul etməyə bilər. O, heç Ana Vətən Partiyasının üzvü deyil, qanunsuz hərəkətlərinə görə partiyadan çıxarılıb. Buna görə də biz onun açıqlamalarına ciddi əhəmiyyət vermirik”, - o qeyd edib.