Günay Əfəndiyeva: “İnanıram ki, “Əkinçi”nin maarifçi ruhu, “Molla Nəsrəddin”in cəsarətli s…
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
22 iyul 2025-ci il tarixində bütün Azərbaycan milli mətbuatımızın 150 illik yubileyini qeyd edir.
Bu möhtəşəm yubiley, 1875-ci ildə Həsən bəy Zərdabi ilə başlanan maarifçilik yolunun, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi neçə-neçə ziyalıların davam etdirdiyi böyük bir irsin bayramıdır.
Bu irs yalnız jurnalistikamızın deyil, bütövlükdə milli kimliyimizin, ictimai fikrimizin formalaşmasında mühüm rol oynamışdır.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə media məkanında yeni bir mərhələ başladı.
Latin qrafikalı əlifbaya keçid milli mediamızın Türk Dünyasına, ümumilikdə müasir dünyaya inteqrasiyasını və Azərbaycançılıq məfkurəsinin ifadəsini gücləndirdi.Bu gün də Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə medianın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır.
Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə biz bunun şahidi olduq. Bütün media mənsublarımız informasiya cəbhəsində səfərbər idi.
Cənab Prezident şəxsən bu prosesə siyasi iradə ilə öncüllük edirdi.
Hər kəs Azərbaycan həqiqətlərini, dezinformasiyaya qarşı real faktları beynəlxalq auditoriyaya çatdırmağa çalışırdı.
Tam oxu
Xəbəri oxu