Günay Əfəndiyeva: Zəngəzur dəhlizinin açılması Türk dünyasının birliyinin, yeni güc mərkəz…
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 6 sentyabr, AZƏRTAC AZƏRTAC Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva ilə müsahibəni təqdim edir.- Günay xanım, son illərdə ölkəmiz diplomatik cəbhədə olduqca mühüm addımlar atmışdır.
Vaşinqtonda imzalanan Birgə Bəyannamə, ardınca Minsk qrupunun ləğvi bu prosesin zirvəsi oldu.
Sizcə, bu hadisələr regionun gələcəyinə necə təsir edəcək?- 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən üçtərəfli görüş, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanması, eyni zamanda sülh sazişinin paraflanması və Minsk Qrupunun ləğvi məqsədilə ATƏT-in Baş katibinə birgə müraciətin ünvanlanması – böyük tarixi hadisələr idi.
O gecə ekranlardan izlədiklərimizi biz illər öncə təsəvvürümüzə gətirə bilməzdik.Digər tərəfdən, sentyabrın 1-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi qərarla Minsk qrupunun fəaliyyətinə və ona bağlı bütün strukturlara artıq son qoyuldu.
Bu qrup uzun illəri əhatə edən səmərəsiz fəaliyyəti ilə birlikdə artıq, arxivə keçdi.
Bütün bu böyük əhəmiyyətli hadisələri ölkəmizin tarixinə Prezident yazdı.
O, necə ki, 5 il öncə hərbi strategiyası ilə döyüş meydanında Azərbaycana Zəfər qazandırdı, eləcə də bu gün diplomatik səriştəsi ilə sülhü təmin etdi.
Tam oxu
Xəbəri oxu