Icma.az, Modern.az saytına istinadən bildirir.
Makiyaj üzrə tanınmış kontent müəllifi Günay Həsənova sentyabrın 12-13-də Bakıda “Master Your Makeup” adlı iki günlük praktiki makiyaj master-classı keçirib.
Modern.az məlumat verir ki, Badamdar Hotel-də təşkil olunan masterclass makiyaja marağı olan, gündəlik makiyajını daha düzgün və peşəkar şəkildə etməyi öyrənmək istəyən xanımlar üçün nəzərdə tutulub.
Masterclassın əsas məqsədi iştirakçılara yalnız makiyaj prosesini nümayiş etdirmək deyil, makiyaj texnikalarının məntiqini izah etmək və onları gündəlik həyatda öz üzlərində düzgün tətbiq etməyi öyrətməkdir.
Tədbirin hər iki günü fərqli texnikalar və makiyaj görünüşü ilə keçib.
Birinci gün əsas diqqət sağlam və parlaq görünən dəri, düzgün dəri hazırlığı və ışıltılı göz makiyajına yönəlib.
İkinci gün isə iştirakçılar üçün daha ifadəli, müxtəlif tədbirlərdə istifadə oluna biləcək gecə glam makiyaj görünüşü nümayiş etdirilib.
Həmçinin proqram çərçivəsində canlı model üzərində makiyaj nümayişi, sertifikat təqdimatı və iştirakçılar üçün hədiyyələr nəzərdə tutulub.
Masterclassın tərəfdaşları arasında Note Cosmetics və Golden Rose markaları yer alıb.
Günay Həsənova son illərdə makiyaj və gözəllik mövzusunda yaratdığı kontentlə Azərbaycan və Türkiyə auditoriyası arasında geniş izləyici kütləsi formalaşdırıb. Onun sosial media platformalarında makiyaj transformasiyaları, gözəllik məhsul icmalları, makiyaj texnikaları və yaradıcı işləri paylaşılır.
O, müxtəlif obrazlardan və sənət əsərlərindən ilhamlanaraq yaratdığı makiyaj transformasiyaları ilə də tanınır. Onun yaradıcılıq istiqamətində moda və gözəllik sahəsindəki təhsil və təcrübəsi də mühüm rol oynayır.
Günay Həsənova Romada yerləşən İstituto Europeo di Design universitetində Fashion Design üzrə bakalavr təhsili alıb, daha sonra Rome Business School-da Fashion Management üzrə magistr proqramını tamamlayıb. 12 ildir ki, xaricdə yaşayır.
“Master Your Makeup” layihəsi ilə Günay Həsənova öz makiyaj təcrübəsini və illər ərzində formalaşdırdığı praktiki bilikləri daha geniş auditoriya ilə bölüşməyi və iştirakçılara makiyaja daha şüurlu və yaradıcı yanaşma qazandırmağı qarşısına məqsəd qoyub.