Günay Məmmədzadə: Çempionların savaşı uzun müddət yaddaşlarda qalacaq

30.04.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mənim rapid və blitsdə yaxşı oyunuma baxmayaraq, turnir çox çətin keçdi".

İdman.biz-ə açıqlamasında bunu Azərbaycan şahmatçısı Günay Məmmədzadə Bakıda keçirilən "Çempionların savaşı" turnirində qələbəni şərh edərkən deyib.

O, bolqarıstanlı Antuanetta Stefanova üzərində qələbə qazandıqdan sonra təəssüratlarını bölüşüb. “Partiyalar zamanı çoxsaylı və maraqlı gedişlər, müxtəlif fikirlər oldu. Yarışın keçirildiyi Milli Xalça Muzeyinin abu-havası da valehedici idi. Mən federasiyaya belə maraqlı təşəbbüsə görə təşəkkür edirəm - bu, çox gözəl turnir idi”, - deyə Günay açıqlamasında vurğulayıb.

Şahmatçı həmçinin belə turnirlərin gələcədə həm iştirakçılar, həm də azarkeşlər üçün maraqlı olacağında əminliyini qeyd edib: "Çempionların savaşı" uzun müddət yaddaşlarda qalacaq. Ən xoş təəssüratlar oyatdı”.

Zəki Feyzullayev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью