Günay Pərivinə söz atdı: İnandırıcı deyil

18.11.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Model Günay Musayeva aktrisa Pərvin Abıyevanın "Türkiyədən təklif almışdım, şərtləri çətin idi" açıqlamasına münasibət bildirib.

Milli.Az xəbər verir ki, o, sənətçinin səsləndirdiyi fikirləri real hesab etmədiyini deyib:

"Uzun illərdir müxtəlif serial və filmlərdə rol alıram, amma Pərvinin bəhs etdiyi kimi şərtlərlə qarşılaşmamışam. Hər layihədə müqavilə olur, modellikdə də razılaşma imzalanır. Amma o dediyi şərtləri ilk dəfə eşidirəm, mənə inandırıcı gəlmir".

O, Pərvin Abıyevaya simpatiyası olduğunu vurğulasa da, bəzi açıqlamaların şişirdildiyini düşündüyünü əlavə edib:

"Hərdən saytlarda oxuyuram ki, guya Türkiyədən təklif gəlib, o da qəbul etməyib. İnsanlar niyə belə danışmaq məcburiyyətində qalır, anlaya bilmirəm. Ona görə də hər deyilənə inanmaq lazım deyil".

Günayın çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Hüseyn
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью