Günay Qurbanova ABŞ də finala vəsiqə qazandı Dünya çempionatı

15.10.2026

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 6 təmsilçisi tatamiyə çıxıb.

Yunan-Roma güləşçilərimizdən Ayxan Cavadov (63 kq), Orxan Hacıyev (87 kq), Məzaim Məmmədov (130 kq) və qadınlardan Gültəkin Şirinova (55 kq) ümidləri doğrultmayıblar.

77 kq çəki dərəcəsində yarışan Ruslan Nurullayev bürünc medal görüşünə vəsiqə qazanıb, 59 kq-da mübarizə aparan Günay Qurbanova isə finala yüksəlib.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçimiz Elmir Əliyev (60 kq) gümüş medal qazanıb.

DÇ oktyabrın 18-də yekunlaşacaq.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью