Günay Qurbanova Avropa çempionu oldu

25.03.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

QOL.az xəbər verir ki, bu gün qadın güləşində ilk medalçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Günay Qurbanova (59 kq) finalda italiyalı Aurora Russoyla qarşılaşıb. U-20 Avropa və dünya çempionu olan rəqib güləşçiylə görüşə inamlı başlayan Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib. İkinci hissədə 4:0 hesabı dəyişməyib və 17 yaşlı Günay debüt etdiyi U-23 Avropa çempionatının qalibi olub.

Əsmər Cankurtaran (50 kq) isə türkiyəli Songül Kavaka 9:3 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью