Günay Qurbanova dünya çempionatının finalında

15.10.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 3-cü yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub.

Gültəkin Şirinova (55 kq) 1/8 finalda özbəkistanlı Ulmeken Yesenbayevaya “tuş”la məğlub olub.

Günay Qurbanova (59 kq) dünya çempionatına yaponiyalı Natsuki Yamaquçi üzərində inamlı qələbəylə başlayıb – 7:1. Həmyerlimiz daha sonra türkiyəli Sevim Akbaşa tam üstünlüklə (10:0) qalib gəlib. Günay yarımfinalda argentinalı Kamila Amarillaya heç bir şans tanımayıb. Rəqibini “tuş”la üstələyən Qurbanova finalda ukraynalı Alina Filipoviçlə qarşılaşacaq.

Qabil YUSİFOĞLU
XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью