Günay Qurbanova dünya üçüncüsü olub

20.08.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın dördüncü günündə qadın güləşində ilk medal əldə edilib.

Günay Qurbanova (59 kq) bürünc medal uğrunda qarşılaşmada kanadalı Ella Findinqlə üz-üzə gəlib. İlk hissədə qazanılan xallar həlledici olub. Rəqibinə 4:1 hesabıyla qalib gələn Günay dünya üçüncüsü olub.

Beləliklə, dünya çempionatında medallarımızın sayı 4-ə çatıb.

Xatırladaq ki, öncəki günlərdə 3 sərbəst güləşçimiz bürünc medal qazanıb.

İki güləşçimiz dünya üçüncüsü olub Güləşçimiz yarımfinala yüksəlib İki güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq Təmsilçilərimizdən 17 qızıl medal Ayxan Cavadov: “Sona kimi mübarizə aparmaq lazımdır”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью