Günay və Ruzanna dünya ikincisi oldu

21.08.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, altıncı yarış günündə qadın güləşində 57, 59 və 68 kq-da, sərbəst güləşdə isə 61 və 86 kq-da medalçılar müəyyənləşib.

Günay Qurbanova (57 kq) finalda yaponiyalı Konami Onoyla qarşılaşıb. İlk hissəni öndə başa vuran həmyerlimiz fasilədən sonra rəqibin hücumlarının qarşısını ala bilməyib – 6:16. Belədə Günay dünya ikincisi olub.

Ruzanna Məmmədova (59 kq) da həlledici görüşdə Yaponiya təmsilçisiylə üz-üzə gəlib. Sae Noquçiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Yekunda rəqibinə 1:3 hesabıyla məğlub olan Ruzanna gümüş medalı boynundan asıb.

Camal Abbasov (61 kq) isə təsəlliverici görüşdə iranlı Ənvər Fərhad Xatəriyə uduzub – 5:11.

Azərbaycanın 3 güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib DÇ: İdmançımız üçün bürünc şansı Güləşçilərimizdən dünya çempionatına iki medalla start Millimizin baş məşqçisi: “Çimərlik güləşi ölkəmizdə getdikcə kütləviləşir” Azərbaycan Dünya Seriyasına ev sahibliyi edəcək - ilk dəfə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью