“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı

10.10.2026

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb.

Axşam.az xəbər verir ki, aparıcı “Günaydın, Azərbaycan” verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildirib ki, əvvəllər layihədə valideynləri ilə birlikdə iştirak edib. Lakin onların vəfatından sonra verilişə çıxmaq onun üçün ağır olub:

“Verilişə əvvəl valideynlərimlə çıxırdım. Sonra orada çıxış etmək mənə valideynlərimi xatırladırdı. Çox pis olurdum, təkrar yaramın qaysağı qopurdu. Ona görə də o layihədən getdim”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı əvvəl anasını, bir müddət sonra isə atasını itirib.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью