Günayın bahalı qızılı itib

23.03.2025

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Müğənni Günay İbrahimli bahalı zinət əşyasını itirib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda özü məlumat yayıb. O bildirib ki, bununla bağlı polisə müraciət edib və qızıl tapılaraq ona geri qaytarılıb:

"Hörmətli Azərbaycan polisi, bir neçə gün əvvəl itmiş yüksək dəyərli zinət əşyam üçün Səbail rayonu Polis İdarəsinə müraciət etdim. Polis əməkdaşlarının operativ və peşəkar fəaliyyəti sayəsində dəyərli əşyam 1 gün ərzində tapılaraq mənə qaytarıldı. Polislərimizlə fəxr etdim. Allah sizi qorusun! Azərbaycan polisinə təşəkkür edirəm və peşə fəaliyyətində daima uğurlar arzu edirəm".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью