Icma.az, Azvision portalına istinadən məlumat verir.
Hesabatda deyilir ki, Rusiya Ordusu çox ləng irəliləyir, müharibə olduqca böyük xərc aparır, rusların qələbəsi isə inandırıcı görünmür.
Hazırda rusların qüvvələri Pokrovsk və Mirnoqrad istiqamətlərində Ukrayna Ordusunun qətiyyətli müqavimətilə üzləşiblər. Onların orta irəliləmə tempi hazırda gündə 120 metrdir. İlk dəfə iyulun 31-də girdikləri Pakrovsk şəhərinin indiyə qədər ancaq 66%-nə nəzarəti ələ keçirə biliblər. Halbuki, azı iki ordu qruplaşması 118 gündən çoxdur şəhərə hücum edir.
Hesabatda o da vurğulanır ki, Rusiya komandanlığı bütün qüvvələrini Donets istiqamətində cəmləşdirə bilməyəcək. Çünki Kreml bütün cəbhə xəttində təzyiqi davam etdirməyə çalışır. Bu isə resursların pərakəndəliyinə səbəb olur.
Tariyel Həsənov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Hazırda rusların qüvvələri Pokrovsk və Mirnoqrad istiqamətlərində Ukrayna Ordusunun qətiyyətli müqavimətilə üzləşiblər. Onların orta irəliləmə tempi hazırda gündə 120 metrdir. İlk dəfə iyulun 31-də girdikləri Pakrovsk şəhərinin indiyə qədər ancaq 66%-nə nəzarəti ələ keçirə biliblər. Halbuki, azı iki ordu qruplaşması 118 gündən çoxdur şəhərə hücum edir.