Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qış aylarında havalar soyuduqca xəstəliklər də artır, qrip və soyuqdəymə daha çox yayılır.
Lakin immuniteti gücləndirmək xəstəliklərdən qorunmağa kömək edə bilər. Bu reseptlə özünüzü mikrob və viruslardan qorumaq istəyirsiniz.
Sağlamolun.az Türkiyə mediasına istinadən xəbər verir ki, qara istiot maqnezium, dəmir, K vitamini və liflə zəngindir.
Tərkibindəki uçucu yağ olan piperin əzələ ağrılarını, artriti azaltmaq və həzmi yaxşılaşdırmaq üçün çox effektivdir.
Qara istiotu qaynar suya qatıb içildikdə orqamizmi bir çox xəstəliklərdən qoruyur, qan dövranını stimullaşdırır.
Çin təbabətində qədim zamanlardan bu məqsədlə qara istiotlu qaynar su istifadə edilib.
Qara istiot, su və 2 xörək qaşığı balı qarışdırın, stəkanın ağzını bağlayın və 15 dəqiqə gözləyin. Bu içkini gündə üç dəfə içə bilərsiniz.